Qırğızıstanda ilk "Mərkəzi Asiya–Azərbaycan" Sammiti keçiriləcək

 Qırğızıstanda ilk "Mərkəzi Asiya–Azərbaycan" Sammiti keçiriləcək
  28 İyul 2026    Oxunub:367
İyulun 30-dan avqustun 1-dək Qırğızıstanın Çolpon-Ata şəhərində, İssık-Kul gölünün sahilində "Mərkəzi Asiya–Azərbaycan" formatında ilk Zirvə görüşü keçiriləcək.
AzVision.az bu barədə qırğız mətbuatına istinadən xəbər verir.

Zirvə görüşündə Mərkəzi Asiya ölkələrinin liderləri ilə yanaşı, Azərbaycan Prezidenti də iştirak edəcək.

Görüşdə Orta Dəhlizin inkişafı, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və logistika, regional təhlükəsizlik, eləcə də enerji və su ehtiyatları sahəsində əməkdaşlığın əlaqələndirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.

Bu, Azərbaycanın 2025-ci ildə Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşləri formatına qoşulmasından sonra "Mərkəzi Asiya–Azərbaycan" formatında keçirilən ilk tamformatlı Zirvə görüşü olacaq.

Məhəmmədəli Həsənli




Teqlər:






Xəbər lenti