“Xəzər Lənkəran”ın rəisi istefa verib

“Xəzər Lənkəran”ın rəisi istefa verib
  27 Avqust 2014    Oxunub:1662
“Xəzər Lənkəran” klubunun rəisi Səməd Mustafayev istefa verib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı apasport.az saytına sabiq klub rəsmisinin özü verib.O bildirib ki, uzun illərdir fəaliyyət göstərdiyi klubdan ayrılmağa qərar verib. Mustafayev istefasının səbəbini açıqlamayıb.

Qeyd edək ki, o, “Xəzər Lənkəran”ın yarandığı 2004-cü ildən klubda müxtəlif vəzifələrdə çalışıb. Mustafayev 2008-ci ildən sonra isə klubun rəisi kimi fəaliyyət göstərib.


Teqlər:





Xəbər lenti