ABŞ kəşfiyyatı `iqtisadi casusluğa` başlayıb

ABŞ kəşfiyyatı `iqtisadi casusluğa` başlayıb
  06 Avqust 2014    Oxunub:3031
ABŞ kəşfiyyatı dünyadakı iqtisadi üstünlüyünü qoruyub saxlamaq məqsədilə xarici ölkələrdə “sənaye casusluğu” planı hazırlayıb. Bu barədə “İntercept” xəbər portalı CİA və ANB-nin keçmiş əməkdaşı Edvard Snoudenin yaydığı materiallara əsaslanaraq xəbər yayıb.

“İntercept” bildirir ki, artıq ANB-nin Braziliyanın neft nəhəngi Petrobras şirkətini izlədiyi bəlli olub. Bundan başqa, iqtisadi sammit və forumlar, beynəlxalq kredit və bank sistemləri də müşahidə altındadırlar.

2009-cu ildə hazırlanan “Quadrennial Intelligence Community Review” adlı məxfi sənəddə göstərilir ki, 2025-ci ilə qədər ABŞ-ı zəiflətmək təşəbbüsləri Çin, Rusiya, Hindistan və İran kimi ölkələrdən gələ bilər. Ona görə də, ABŞ-ın xüsusi xidmətləri bu ölkələrdə iqtisadiyyat, elm və texnologiyanın inkişafını ciddi şəkildə izləməli, hansı yeni ideyaların olduğundan xəbər tutmalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti