Bu gündən minik avtomobillərində jalüzə icazə verilir

Bu gündən minik avtomobillərində jalüzə icazə verilir
  01 May 2013    Oxunub:1059
1 may tarixindən 15 noyabr tarixinədək sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.
Aprel ayının 16-da vətəndaşların müraciətləri nəzərə alınaraq ölkə başçısının təşəbbüsü ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

AzVision.az-ın məlumatına görə, təsdiq edilən dəyişikliklərin ölkə ərazisində tətbiq vaxtı 1 may 2013-cü il tarixindən başlayır. Belə ki, sürücülər bu gündən etibarən icazə verilən jalüzləri istifadə edə bilərlər.

AzVision.az




Teqlər:  





Xəbər lenti