Azərbaycanda `yol terroru` - 3 ölü, 12 yaralı

Azərbaycanda `yol terroru` - 3 ölü, 12 yaralı
  21 Noyabr 2014    Oxunub:1234
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 69 cinayət faktı qeydə alınmış, onların da 27-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 39 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti