Futbolçumuza 5 min cəza - Anasına görə

Futbolçumuza 5 min cəza - Anasına görə
  21 Noyabr 2014    Oxunub:2267
Türkiyənin “Dənizlispor” klubunda oynayan azərbaycanlı futbolçu Rail Məlikov 5 min türk lirəsi cəza alıb.
AzVision.az-ın məlumatına görə, cəzalanmasına səbəb futbolçunun Azərbaycana gəlməsi olub.

Belə ki, R.Məlikov anası xəstə olduğu üçün icazə alaraq Bakıya gəlib. Lakin icazə müddətindən artıq Azərbaycanda qalan futbolçu Türkiyəyə qayıdarkən baş məşqçisi tərəfindən sərt cəzalandırılıb.

Baş məşqçi Rail Məlikovu “Antalyaspor”-“Dənizlispor” matçının əsas heyətindən çıxararaq, əvəzedici komandaya göndərib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti