Lavrov, Kerri və Dezirdən kritik Qarabağ açıqlaması

Lavrov, Kerri və Dezirdən kritik Qarabağ açıqlaması
  04 Dekabr 2014    Oxunub:2169
ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Dezir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır.

AzVision.az-ın məlumatına görə, bu barədə XİN rəhbərlərinin ATƏT-in saytında yerləşdirilən bəyanatında qeyd edilib.

“Biz hesab edirik ki, münaqişənin hərbi yolla nizamlanma yolu yoxdur və biz tərəfləri zorakılıq hallarından çəkinməyə, daimi sülhün əldə olunması üçün fəal şəkildə işləməyə çağırırıq”.

Bundan əlavə bəyanatda 2014-cü ildə Ermənistan-Azərbaycan təmas xətti boyunca zorakılığın artmasından təəssüfləndiklərini bildiriblər.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti