Cəbhədə atışma: düşmən xeyli itki verdi

Cəbhədə atışma: düşmən xeyli itki verdi
  09 Dekabr 2014    Oxunub:3006
Erməni kəşfiyyat-təxribat qrupları məhv edilib.

Bu barədə AzVİsion.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirlib ki, dekabrın 8-də axşam saatlarında cəbhənin cənub istiqamətində erməni kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı çoxsaylı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç bir itki yoxdur, cəbhə boyu vəziyyətə tam nəzarət edilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti