`Xədicə İsmayılın əməlinə kim cavabdehdir?` - Siyavuş Novruzov
“Bu həbslə bağlı, istintaqın aparılması ilə əlaqdar məhkəmənin qərarı var. Buna da kimin etirazı varsa, digər instansiya məhkəməsinə müraciət edə bilər”.
YAP rəsmisi beynəlxalq təşkilatları Kəlbəcər girovlarına etinasız yanaşmaqda günahlandırıb:
“Bütün təşkilatların, eləcə də ABŞ Dövlət Departamentinin Azərbaycan vətəndaşlarının Kəlbəcərdə girov götürülməsindən xəbəri var, amma bu, onlar üçün maraqlı deyil. Əslində isə ən böyük insan hüquqlarının pozulması elə budur ki, Azərbaycan vətəndaşı öz torpaqlarını ziyarət edəndə girov götürülüb, onun üzərində saxta məhkəmə qurulub. Qanun çərçivəsində istintaqa cəlb olunmuş adam bunları daha çox maraqlandırır, nəinki bütün hüquqlarını itirmiş Azərbaycan qaçqını. Bunda qeyri-adilik görmürəm.
Xarici dairələrin məqsədi Azərbaycanda ara qarışdırmaqdır. Qanun isə qanundur və qanun qarşısında hər kəs bərabərdir. O adamlar söz azadlığına, hansısa siyasi fəaliyyətə görə yox, qanunun pozuntusuna görə həbs olunublar”.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


