`Deyirlər iş çətindir, maaş az verilir` - Nazir müavini

`Deyirlər iş çətindir, maaş az verilir` - Nazir müavini
  10 Dekabr 2014    Oxunub:2432
“İşsizliyin aradan qaldırılması bilavasitə Gənclər və İdman Nazirliyinin səlahiyyəti çərçivəsində deyil. Gənclər və İdman Nazirliyi yalnız məşğulluqla bağlı və digər dövlət normativ sənədlər işləndikdə öz təkliflərini irəli sürür”.
AzVision.az xəbər verir verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. Onun sözlərin görə, nazirlik gənclər üçün kariyera mərkəzlərinin yaradılması vasitəsilə gənclər arasında müəyyən iqtisadi və peşə biliklərinin əldə edilməsinə çalışırlar:

“Eyni zamanda, kütləvi şəkildə ilboyu aztəminatlı ailələrdən olan gənclər üçün kompüter kursları təşkil edirik, müxtəlif peşə üzrə təlimlər həyata keçiririk. Amma, onu da qeyd etmək lazımdır ki, Azərbaycanda bu gün işsizliyin mövcudluğu iş yerlərinin olmaması ilə bağlı deyil. Bu gün kifayət qədər iş yerləri açılır. Dövlət tərəfindən bu siyasət tənzimlənir. Amma ki, bütün dünyada bu problemlər var. Bəzən gənclər hesab edir ki, özəl sektordan təqdim olunan iş və verilən maaş uyğun deyil. Yəni iş çox tələb olunur, maaş az verilir. Sahibkar da hesab edir ki, verilən maaş tələb olunan əməyə görə uyğundur. Belə məsələlər də var. Eyni zamanda gənclərimiz arasında maarifləndirmənin daha da gücləndirilməsinə ehtiyac var ki, onlar təhsil almağa getdikdə ilk növbədə valideynlər də əmək bazarını monitorinq etməlidirlər. Baxmalıdırlar ki, bu gün Azərbaycan cəmiyyətində iqtisadi inkişafında hansı ixtisaslar daha da önəmlidir”.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti