Bülənt Ərsoy sərvətini bağışlayır - mal varlığının SİYAHISI

Bülənt Ərsoy sərvətini bağışlayır - mal varlığının SİYAHISI
  10 Dekabr 2014    Oxunub:4468
Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoy sərvətinin bir hissəsini Dini İşlər üzrə İdarəyə bağışlayacaq.
AzVison.az -ın məlumatına görə, diva həmçinin mirasının qalan hissəsini isə Türkiyə Təhsil Qurumuna bağışlayacaq. Bu barədə B. Ərsoyun köməkçisi Fevzi Siverek açıqlama verib:

“O, neçə illərdir ki gizli formada xeyir əməlləri ilə məşğul olurdu. İndi isə mirasının bütün hissəsini məscid və Quran kurslarının açılmasına sərf edəcək”

B. Ərsoyun sərvətinin siyahısı belədir:

İstanbulda 28 dənə mənzil
Fənərbaxçada sauna salonu
Fəthiyyə bölgəsində benzindoldurma məntəqəsi
Sultans restoranında səhmləri
600 min dollar dəyərində olan ləl-cəvahirat və kürk kolleksiyası
Mersedes markalı avtomobil
Marmaris bölgəsində bir kənd
Bodrumda villa
Antalyada mənzil

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti