Ermənistan baş naziri təşvişdə: Qiymətlər qalxır

Ermənistan baş naziri təşvişdə: Qiymətlər qalxır
  18 Dekabr 2014    Oxunub:1808
Ermənistan hökuməti əsassız qiymət artımına göz yummayacaq.
AzVision.az-ın erməni KİV-nə istinadən bu barədə Ermənistan baş naziri Ovik Abramyan bu gün nazirlər kabinetinin geçirdiyi iclasda bildirib.

Bundan əlavə baş nazir iqtisadi rəqabətin qorunması üzrə dövlət komitəsinin sədri Artak Şaboyana gündəlik olaraq ərzaq məhsullarının qiymətinə dair hesabatın hazırlanmasına dair tapşırıq verib: “Ötən gün şəkər tozu, un və digər birinci dərəcəli məhsulların qiymətində kəskin qiymət artımı müşahidə olunub. Əsassız qiymət artımına göz yummayacağıq”.

Abramyan həmçinin valyuta dəyişmə məntəqələrindəki vəziyyətin Ermənistan hökumətində ciddi şəkildə narahatlıq doğurduğunu bəyan edib. Baş nazir vəziyyətin normallaşacağına ümid etdiyini bildirib. Qeyd edək ki, hazırda Ermənistan valyuta bazarında dollar və avro defisiti yaşanır.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti