Maşın ağaca çırpıldı: yaralanan var

Maşın ağaca çırpıldı: yaralanan var
  19 Dekabr 2014    Oxunub:1819
Gəncədə Heydər Əliyev prospekti ilə Cavadxan küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib.
21 yaşlı Gəncə sakini Cavid Səfərov idarə etdiyi Hunday markalı avtomobillə Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili Cavadxan küçəsində yolun kənarında olan çinar ağacına çırpıb.

Hadisə zamanı avtomobildə olan sərnişin Gəncə sakini 18 yaşlı İbrahim Ələkbərov baş nahiyəsindən yaralanıb və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti normal olduğundan ambulator müalicəyə buraxılıb.

Hadisəyə ilkin səbəb yüksək sürətin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti