Ərdoğan Sarkisyanın təklifini rədd etdi
O deyib ki, Rəcəb Tayyib Ərdoğanın bu il 24 aprel ərəfəsində verdiyi bəyanat "nümunə daş" idi. Belə olan halda Türkiyə prezidenti "erməni soyqırımı"nın 100 illiyində İrəvana gedəcəyi çətin məsələdir: "Əhməd Davudoğlunun səfəri daha çox ehtimal ediləndir. Onu xüsusilə nəzərə almalıyıq ki, o, "ümumi ağrı" haqqında tezisin müəllifidir."
Digər türkoloq Qevorq Petrosyan isə "erməni soyqırımı"nın 99-cu ildönümü ərəfəsində Türkiyə prezidentinin etdiyi müraciətin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Türkiyənin özünü demokratik ölkə göstərmək üçün gələn ildə hansısa rəmzi addımlar atacağı istisna edilmir.(Ans)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


