1 milyondan çox seçici səs verib - Son xəbər

1 milyondan çox seçici səs verib - Son xəbər
  23 Dekabr 2014    Oxunub:1749
Saat 12-00-a olan məlumata görə, Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə bağlı ölkə üzrə seçici fəallığı 21,44 faiz təşkil edib.
AzVision.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib. Onun sözlərinə görə, saat 12:00-a qədər 4 819 382 seçicidən 1 033 210-u səs verib:

“Seçici fəallığına görə qeyd olunan vaxta qədər 51 saylı Qusar və 53 saylı Quba-Qusar Seçki dairələri öndədir. Ən zəif seçici fəallığı isə Gəncədəki Seçki dairələrində qeydə alınıb. Qeyd olunan vaxta MSK-ya 50 müraciət daxil olub ki, bunlar da müxtəlif informasiyanın alınması ilə bağlıdır. Hazırkı saata qədər heç bir qanun pozuntusu müşahidə olunmayıb”.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti