MSK sədri seçkinin gedişindən razıdır

MSK sədri seçkinin gedişindən razıdır
  23 Dekabr 2014    Oxunub:1615
Azərbaycanda bələdiyyə seçkilərində seçici fəallığı ötən bələdiyyə seçkisi ilə müqayisədə yüksəkdir.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 10 saylı Binəqədi 3-cü seçki dairəsinin 31-ci seçki məntəqəsində səsvermədə iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

M.Pənahov bildirib ki, saat 10:00-a olan məlumata görə, ötən bələdiyyə seçkisində seçici fəallığı 8 faiz idisə, indi müvafiq saatda bu göstərici 10 faiz təşkil edib.

Saat 13:00-a olan məlumata görə isə, seçici fəallığı artıq 23-24 faiz olub.

MSK sədrinin sözlərinə görə, seçkilər normal gedir: "Yerlərlə fasiləsiz əlaqə saxlayırıq. Həm də veb-kameralar vasitəsilə səsvermənin gedişini müşahidə edirik. Hələlik seçkilərin nəticələrinə təsir edən qanun pozuntusu ilə bağlı müraciət daxil olmayıb".

Məzahir Pənahov internetdə seçki məntəqlərindən birində bülletenlərin topa halında qutuya salınması ilə bağlı yayılan video ilə əlaqədar araşdırma aparılacağını da bildirib.

Onun sözlərinə görə, MSK-ya hələlik yalnız seçkilərlə bağlı sorğu xarakterli müraciətlər daxil olub.

M.Pənahovun sözlərinə görə, daşınan qutularla bağlı ünvanlara KİV-lərin müşayiət edilməsi üçün sərbəst şərait yaradılıb. Axşam bülletenlər sayılanda, ilk növbədə daşınan qutular acılacaq.

MSK sədri həmçinin vurğulayıb ki, seçki günündən öncəsi namizədliyini geri götürənlər də olub.


Teqlər:  



Xəbər lenti