Avtoyuma məntəqəsindən oğurluq edənlər həbs olunub

Avtoyuma məntəqəsindən oğurluq edənlər həbs olunub
  23 Dekabr 2014    Oxunub:1513
Ötən gün avtoyuma məntəqəsindən oğurluq edənlər həbs olunub.
Bakı şəhər Baş Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, Binəqədi RPİ 7-ci PB, Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 19-da saat 12:00 radələrində, 6-cı mikrorayon S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsində Bakı şəhər sakini, Zəfər Sadıqova məxsus “Audi” markalı avtomobildən 2000 manat oğurlamaqda şübhəli bilinən, avtoyuma məntəqəsinin işçiləri, Biləsuvar rayon sakinləri - 1983-cü il təvəllüdlü Riyad Babayev və 1994-cü il təvəllüdlü Nihad Nəzərli tutulub.

AzVision.az


Teqlər:  



Xəbər lenti