Məşhur qarmon ustasından prezidentə MƏKTUB

Məşhur qarmon ustasından prezidentə MƏKTUB
  23 Dekabr 2014    Oxunub:1923
Bir neçə gün öncə prezident İlham Əliyevin sərəncamı ilə Xalq Artisti” fəxri adına layiq görülən məşhur qarmon ustası Ənvər Sadıqov ölkə başçısına təşəkkür məktubu yollayıb.
AzVision.az xəbər verir ki, təşəkkür məktubunda deyilir:

Hörmətli cənab Prezident!

Yaradıcılığımı yüksək qiymətləndirərək məni “Xalq Artisti” fəxri adına layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu dəyərli ad məni ölkəmizin ictimai-mədəni həyatında daha fəal olmağa həvəsləndirəcək, yeni sənət uğurlarının qazanılmasında mühüm rol oynayacaqdır.

Əziz Prezidentimiz, Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı arzulayıram. Söz verirəm ki, yüksək etimadınızı hər zaman doğrultmağa çalışacağam.


Teqlər:



Xəbər lenti