Seçkinin ilkin nəticələri açıqlandı
Onun sözlərinə görə, indiyə qədər 4 819 382 seçicidən 1 876 014 nəfəri səs verib.
R.Gülməmmədov qeyd edib ki, indiyə qədər MSK-nın qaynar xəttinə, poçt ünvanına və "facebook" səhifəsinə 138 müraciət daxil olub və bunlar da müxtəlif informasiyaların alınması ilə bağlı olub və bu müraciətlər operativ şəkildə cavablandırılıb. İndiyə qədər hər hansı şikayət daxil olmayıb.
Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.
Seçkilər 118 dairə üzrə keçirilib. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilməyib.
Səsvermə 5015 məntəqədə keçirilib. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.
Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb. Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır.
Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.