“İlham Əliyev nümunəvi şagird idi...” - Direktorun xatirələri

“İlham Əliyev nümunəvi şagird idi...” - Direktorun xatirələri
  24 Dekabr 2014    Oxunub:4439
“Prezident İlham Əliyev bizim məktəbin fəxri məzunudur. Müəllim və şagirdlərimiz fəxr edir ki, belə bir məzunumuz olub. Bu gün hər birimiz prezidentimizin siyasətinə layiqli olmağa çalışırıq. Məktəbimizin şagird və müəllim kollektivi prezidentimizin siyasətini dəstəkləyir. 6 nömrəli məktəb yeganə məktəbdir ki, ulu öndərimiz bura iki dəfə təşrif buyurub və arzularını bildirib. İlham Əliyev də ulu öndərin yetirməsi olduğu üçün bu, bizə böyük bir stimul verir. Eyni zamanda bu bir etimatdır”.

Bunu AzVision.az-a açıqlamasında Prezidet İlham Əliyevin təhsil aldığı Bakının Səbail rayonundakı 6 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllimə Gülşən Orucova deyib.

G. Orucova İlham Əliyevi doğum günü münasibəti ilə bağlı təbrik edib:

“Bu məktəbin adını təsadüfi deyil ki, prezident məktəbi adlandırırlar. Biz həmişə onun adına layiq olmağa çalışırıq. Prezidentimizə arzularımız olduqca böyükdür. Birinci növbədə ona bu şərəfli və müqəddəs yolda müvəffəqiyyət, can sağlığı arzulayırıq. Biz onunla həmişə fəxr edirik və edəcəyik də. Mən bilirəm ki, bir çox dövlətlər bizə qibtə ilə yanaşırlar ki, bizim belə bir prezidentimiz var”.

G. Orucova daha sonra prezidetlə bağlı maraqlı xatirələrini bölüşüb:

“Mən 1991-ci ildən bu məktəbdə müəllim kimi çalışmışam. 2010-ci ildə isə direktor təyin olunmuşam. Cənab prezidentlə biz 2011-ci ilin sentyabrın 15-də, bu məktəbin yenidənqurulması və açılışı zamanı görüşdük. O görüş mənim üçün çox həyəcanlı idi. Amma cənab prezidentin xoş aurası, səmimiliyi həmin həyəcanı kənarlaşdırdı. Eyni zamanda həmin görüşdən sonra mənim özümdə belə bir məsuliyyət yarandı ki, bəs, bu cür yaradılan şəraitə görə biz nə etməliyik! Bu günki uğurlarımızla da çalışırıq ki, prezidentin yenidən o təbəssümünü qazanaq”.

G.Orucova prezidet İlham Əliyevin müəllimləri barəsində də söhbət açıb. O, bildirib ki, prezident həmişə öz müəllimlərini diqqətdə saxlayır:

“Bizim məktəbdə prezidentimizə dərs deyən müəllimlərlə görüş təşkil olunub. Prezidentimiz öz müəllimlərini həmişə xatırlayır. O, bizim məktəbdə nümuni şagird olub. Müəlliminə, öz böyüyünə sadiq olan insan dövlətinə, xalqına həmişə layiqincə xidmət edən insanlardan biri olacaq. Buna da bariz nümunəni cənab prezidentimizin simasında görmək olar. Görüş 2011-ci ildə məktəbin açılışı zamanı baş tutub. Görüş zamanı o, uşaqlıq və şagird xatirələrini yad edib. Ona görə də bu görüşün daha səmimi yaranmasına rəvac verdi. Prezidentimiz biologiya və tarix müəlimi ilə görüşüb. Həmin müəllimlər indi təqaüdə çıxıblar. Onlar prezident təqaüdü alırlar. Əməkdar müəllimdirlər. Prezidentimiz həmişə bizim uğurlarımıza dəstək olur. Məktəbimizə nəzarət edir”.

Qeyd edək ki, prezident İlham Əliyevim doğum günüdür. Ölkə başçısı 53 yaşını qeyd edir. Prezident İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. O, 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti