Bakıda yeni avtobuslar istifadəyə verildi

Bakıda yeni avtobuslar istifadəyə verildi
  24 Dekabr 2014    Oxunub:2111
“Bakıya gətirilən yeni avtobuslar artıq istifadəyə verilib”.
Bunu AzVision.az-a açıqlamasında “Xaliq Faiqoğlu” MMC-nin sözçüsü Füzuli Sadıqov deyib. Onun sözlərinə görə, yeni avtobuslar 65 saylı marşurut xətti üzrə səhərdən etibarən işə başlayıb.

Xatırladaq ki, adıçəkilən şirkətin bağladığı müqaviləyə əsasən ölkəmizə 200 avtobus gətiriləcək. Onlardan 50-si artıq Bakı şəhərinə gətirilib. Qalan hissəsi gələn ildən ölkəmizə gətiriləcək. Yeni avtobusların bir çox özəllikləri var. Yeni avtobuslarda kondisoner sistemi, əlil sərnişinlərin qalxıb-enməsi üçün ayrıca yer və avtobusun özünü tənzimləməsi kimi üstünlükləri var. İndi bəzi avtobuslarda sərnişinlərin qapıdan asılaraq getdiyinin şahidi oluruq. Yeni avtobuslarda belə bir hal mümkün deyil. Əgər qapılar bağlanmasa, avtobus hərəkət etmir. Onun daxilində kameralar mövcuddur. Həmçinin yeni avtobuslar ekoloji cəhətdən bir çox üstünlüklərə malikdir. Yanacağın yanması zamanı havaya artıq qazlar buraxılmır.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti