`Qazandığımız nailiyyətlər əsrin möcüzəsidir` - Baş nazirin müavini
O qeyd edib ki, Azərbaycanın bu 10 ildə keçdiyi inkişaf yolu XXI əsrin ilk onilliyinin möcüzəsi adlandırılır:
“Bu müddətdə Azərbaycanın iqtisadiyyatı 3 dəfə artıb. Dünyada belə ikinci bir ölkə nümunəsi tapmaq mümkün deyil. Yalnız Azərbaycan buna nail oldu və əsrin ilk on illiyinin iqtisadi möcüzəsini dünyaya təqdim etdi”.
Ə.Əhmədov bildirib ki, Azərbaycanın bu müddətdə artan inkişafı onun beynəlxalq aləmdə nüfuzunun sürətlə artmasına da səbəb oldu: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və digər amillər buna əyani sübutdur”.(Apa)







Vaxtında, Aydın, Lazımlı!


