Əhəd Abıyevin qohumunu qaçıran şəxs tutuldu

Əhəd Abıyevin qohumunu qaçıran şəxs tutuldu
  24 Dekabr 2014    Oxunub:2007
Azərbaycanda yetkinlik yaşına çatmamış qızını qaçıran şəxs tutulub.
Hadisə Masallı rayonunda qeydə alınıb. Masallı rayon sakini, orta məktəb şagirdi (Ə. G) naməlum şəxs tərəfindən qaçırılıb. Bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Bəhruz Rəhimov Bakı şəhərinə qaçarkən yolda saxlanılıb. Qız ailəsinə təhvil verilib.

Məlumata görə, qaçırılan qız Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Əhəd Abıyevin qohumudur.

Masallı Rayon Polis Şöbəsindən aktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.

(Apa)


Teqlər:



Xəbər lenti