Abbas Abbasovun təbrik məktubu

Abbas Abbasovun təbrik məktubu
  24 Dekabr 2014    Oxunub:1814
Rusiya Azərbaycanlıları Konqressi “AzerRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, “AzerRos”un Ağsaqqallar Şurasının sədri bu münasibətlə İlham Əliyevə xüsusi məktub göndərib.

“Siz təcrübəli rəhbərsiniz, məsuliyyətli siyasətçisiniz, vətənpərvər və dövlət xadimisiniz, bütün güc və istedadınızı Azərbaycan xalqına xidmət etməyə sərf edirsiniz. Fəal və düşünülmüş xarici siyasət, ölkənin inkişafına və insanların rifahına göstərilən əvəzsiz qayğı dövlətin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir”,- deyə Abbas Abbasov vurğulayıb.


Teqlər:



Xəbər lenti