Zakir Həsənov hərbçilərə polkovnik rütbəsi verdi
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, rütbələrə təqdim olunan hərbi qulluqçuları qəbul edən Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.
Təltif olunanlar göstərilən etimada görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirərək növbəti rütbələrin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum gününə təsadüf etməsindən böyük qürur duyduqlarını və hərbi xidmətə məsuliyyət hisslərinin daha da artacağını xüsusi qeyd ediblər.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


