Sabiq direktorun işi məhkəməyə göndərilib
Aparılmış istintaqla Qarabağ kənd uşaq musiqi məktəbinin sabiq direktoru Quliyev Elxan İsmayıl oğlunun həmin vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2011-2014-cü illərdə rayon ərazisində keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etmək məqsədilə ayrı-ayrı incəsənət adamlarını həmin tədbirə cəlb edib gördükləri iş müqabilində onlara pul vermək məqsədi ilə qanunsuz olaraq məktəbdə müəllim kimi rəsmiləşdirib, dərs saatları yazmaqla əmək haqqı hesablayaraq adlarına hazırlanmış plastik kartlar vasitəsilə ümumilikdə 63.938 manat məbləğində büdcə vəsaitinin alınmasını təşkil etməsində əsaslı şübhələr olduğundan iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Cinayət Məcəlləsinin 308.1, 309.1 və 313-cü maddələrində nəzərdə tutulan ittiham elan edilib.
İstintaq dövründə dövlət büdcəsinə vurulmuş ziyanın tam məbləğdə ödətdirilməsi təmin edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Füzuli rayon məhkəməsinə göndərilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


