9 milyon manat, 2553 həbs və 3 atışma... - İllik hesabat

9 milyon manat, 2553 həbs və 3 atışma... - İllik hesabat
  25 Dekabr 2014    Oxunub:1632
Qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, qaçaqmalçılıqla məşğul olan 15 mütəşəkkil dəstə zərərsizləşdirilib.
Bu il Azərbaycanın dövlət sərhədini pozduğuna görə 423, sərhəd rejimi qaydalarını pozduqlarına görə 16002 nəfər saxlanılıb.

AzVision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətində (DSX) 2014-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində məlumat verilib.

Saxlanılanların 46,1% Azərbaycan, 18,7% Özbəkistan, 6,4% İran, 4,5% Moldova, 4,3% Əfqanıstan, 3,8% Türkiyə, 3,1% Gürcüstan, 2,6% Ru­siya, 2,6% Suriya, 1,9% Nigeriya, 1,9 % Ukrayna, 4,1% digər ölkə vətəndaşları olub.

Qeyd olunub ki, hesabat dövründə sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 3 halda odlu silahdan istifadə olunub. Sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silahın tətbiqi zamanı 2 İran vətəndaşı vəfat edib, DSX-nin 1 zabiti yaralanıb.

İl ərzində 2553 nəfər axtarışda olan şəxs tutulub, 272 nəfər saxta, 42 nəfər özgəsinin sənədi ilə və 10 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.

2014-cü il ərzində 9 milyon 406 min manat dəyərində qaçaqmal tutulub, 317 kq 715 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 26,7 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti