Döyüşə gedən 30 azərbaycanlı tutulub
Dövlət Sərhəd Xidmətindən AzVision.az-a verilən məlumata görə, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 30 Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 53, Rusiyaya məxsus 28, İrana məxsus 8, Qazaxıstana məxsus 3 gəmiyə, Azərbaycana məxsus 404 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycana məxsus 27 gəmi, Rusiyaya məxsus 3 gəmi, İrana məxsus 3 gəmi, Qazaxıstana məxsus 1 gəmi və Azərbaycana məxsus 254 qayıq, o cümlədən 418 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb. Hesabat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 2 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 5 nəfər vətəndaş xilas edilib. Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti vəzifələrin icrasına ciddi maneə yaradan balıq ovlama vasitələri – 26,2 min metr tor yığılıb.
Qeyd edək ki, terrorçuluqda ittiha olunan Azərbaycan vətəndaşlarının əksəriyyəti Suriyada gedən döyüşlərdə iştirak ediblər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


