İlham Əliyevdən yeni prezidentə təbrik

İlham Əliyevdən yeni prezidentə təbrik
  25 Dekabr 2014    Oxunub:1611
Azərbaycan prezidenti İlham Əliyev Tunisin yeni seçilmiş prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu ünvanlayıb.

AzVision.az xəbər verir ki, məktubda deyilir:

-Hörmətli Beji Kaid əs-Sebsi,

Tunis Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.



Teqlər:



Xəbər lenti