Sərhədçilər külli miqdarda narkotik aşkar edib- FOTO

Sərhədçilər külli miqdarda narkotik aşkar edib- FOTO
  26 Dekabr 2014    Oxunub:1483
Azərbaycan sərhədçiləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ölkəyə külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AzVision.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonunun Bəhramtəpə qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. Nəticədə 7 kq 800 qram qurudulmuş marixuana dövriyyədən çıxarılıb.

Hazırda fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti