Dəmiryolçular bayramda səfərbər ediləcək

Dəmiryolçular bayramda səfərbər ediləcək
  26 Dekabr 2014    Oxunub:1390
Dekabr ayının 29-dan etibarən “Azərbaycan Dəmir Yolları” QSC gücləndirilmiş iş rejiminə keçəcək.
Bu barədə AzVision.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədov məlumat verib. Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi yanvar ayının 3-ə qədər davam edəcək:

“Bu vaxt ərzində bütün istiqamətlərə gedən qatarlara əlavə vaqonlar qoşulacaq. Həmçinin Bakı-Tiflis istiqamətində əlavə qatar buraxılacaq. Həmin qatar dekabr ayının 29-u saat 14:00-da yola çıxacaq və yanvar ayının 3 saat 22:00-d isə Tiflisdən Bakıya qayıdacaq”.

Biletlərin qiymətinə gəlincə, qurum rəsmisi bildirib ki, qiymətdə heç bir artım olmayacaq.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti