Nazir: `Qiymətləri eyni səviyyədə saxladıq`

Nazir: `Qiymətləri eyni səviyyədə saxladıq`
  26 Dekabr 2014    Oxunub:1854
“Biz artiq 3 ildir ki, Azərbaycanda otellerin, istirahət mərkəzlərinin qiymətini eyni səviyyədə saxladıq”.
Azvision.az xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, turizim şirkətləri və otellərdə monitorinqlər aparılır.

Nazir bildirib ki, 3ildir mehmanxanalarda qiymətlər eyni səviyyədə saxlanılır. Bu da nazirliyin gördüyü işlərdir.

Daha sonra nazir muzeylərdə görülən işlərdən danışıb. O, qeyd edib ki, Xalça Muzeyində bir gün pulsuz muzey günü elan olunmuşdu:

“Rəsmi qeydiyyata 5 min insan düşmüşdü. Bu o deməkdir ki, günü-gündən insanların muzeyə diqqəti artır”.

Azvision.az



Teqlər:  



Xəbər lenti