`Bu məni çox narahat edir` - Əbülfəz Qarayev

`Bu məni çox narahat edir` - Əbülfəz Qarayev
  26 Dekabr 2014    Oxunub:1957
“Azərbaycanda daxili turizm inkişaf edir”.
Azvision.az xəbər verir ki, bu sözləri mədəniyyət turizm naziri Əbülfəz Qarayev deyib.

“Mənə bu gün dedilər ki, Şahdağda yanvarın 15-nə qədər bütün yerlər tutulub. Bir dənə də olsa yer qalmayıb. Bu o deməkdir ki, ölkədə insanların daxili turizmə diqqəti artır. Eyni zamanda Qubada Rixos otelində bütün yerlər tutulub. Qəbələdə, Şəkidə, Gəncədə və digər yerlərdə də”.-deyə nazir bildirib.

Ə.Qarayev kinoteatrlarda gosterilen filmlerin azerbaycan dilinde yox, xarici dilde seslenmesindən narahat olduğunu deyib:

`Dubylaj meselesi cox önemlidir. Bu məni cox narahat edir. Qanunda var ki, filmlər Azərbaycan dilində səsləndirilsin. Lakin kinonu alan şəxs istəyir ki, filmi tez kinoteatrda versin. Ona görə də film xarici dildə səslənir. Amma biz çalışırıq ki, məsələ öz həllini tapsın və heç olmasa filmlər Azərbaycan dilində titrlarla verilsin.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti