“Sovetski”dəki bəzi muzeylər sökülməyəcək - Nazir

“Sovetski”dəki bəzi muzeylər sökülməyəcək - Nazir
  26 Dekabr 2014    Oxunub:1797
““Sovetski”də bəzi abidələr var ki, onlar sökülməyəcək. Buna Cəlil Məmmədquluzadənin, Abdulla Şaiqin ev muzeylərini missal göstərə bilərəm”.
AzVision.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, “Sovetski”dı 118 tarixi abidə var: “ Ola bilər, onların bəziləri tarixi abidə kimi o qədər də əhəmiyyətli deyil, amma muzey olduqları üçün yerində qalacaqlar”.

Nazir qeyd edib ki, binalardan bəziləri tarixi və ya memarlıq əhəmiyyəti daşımır: “Elə binalar var ki, onların da əhəmiyyəti o qədər də çox deyil. Amma üzərlərində xüsusi memarlıq bəzəkləri var. Həmin binalar da məhz o bəzəklərə görə bu siyahıya salınıb. Əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən binalardan təxminən 30-a yaxını sökülməyəcək”.


Teqlər:  



Xəbər lenti