Xədicə İsmayıl həbsdə qaldı
T. Mustafayev Baş Prokurorluğuna müraciət edərək həmin KİV-də işlədiyi müddətdə “Azadlıq" radiosunun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş X.İsmayıl tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib.
İstintaqla həmçinin müəyyən edilib ki, T. Mustafayev X. İsmayıl tərəfindən təhdid və təzyiqlərə məruz qaldığından vəziyyətdən çıxış yolu kimi 2014-cü il 1 may tarixdə Bakı şəhərində kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asma yolu ilə öldürməyə cəhd edib, lakin özündən asılı olmayan səbəbə görə niyyəti baş tutmayıb.
Səbayel Rayon Məhkəməsinin qərarı ilə Xədicə İsmayıl barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. (Apa)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


