"Ford" və “İsuzu” yandı

"Ford" və “İsuzu” yandı
  27 Dekabr 2014    Oxunub:2697
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Şəki şəhərində vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonu, Masazır qəsəbəsində də vətəndaşa məxsus “İsuzu” markalı avtobusun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti