Qəzaya uğrayan təyyarənin `qara qutu`su tapıldı

Qəzaya uğrayan təyyarənin `qara qutu`su tapıldı
  09 Yanvar 2015    Oxunub:1548
İndoneziya xilasediciləri böyüh ehtimalla “Air Asia” təyyarəsinin “qara qutu”larını aşkarlayıblar.

Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Məlumatda həmçinin xilasedicilərin ilk dəfə “qara qutu”ların siqnallarını qeydə aldıqları da xüsusilə vurğulanır.

Qeyd edək ki, dekabrın 28-i Malayziyada “AirAsia” şirkətinə məxsus Airbus A320-200 sərnişin təyyarəsi yoxa çıxıb.

Təyyarə QZ8501 reysilə Indoneziyadan Sinqapura uçurdu. Göyərtəsində 162 nəfərin olduğu təyyarənin qəzaya uğraması nəticəsində sağ qalan şəxslərin olmadığı bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti