Bakı - Qazax yolunda ağır qəza - ölən var

Bakı - Qazax yolunda ağır qəza - ölən var
  23 Yanvar 2015    Oxunub:1809
Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində "SHACMAN" və "QAZ" markalı 2 yük avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Fövqaladə hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, dərhal hadisə yerinə Nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "QAZ" markalı avtomobildə olan sərnişin hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 07:47-də başa çatıb.

AzVision.az


Teqlər:



Xəbər lenti