Nuriyyə Əhmədovanın səhhətindən yeni XƏBƏR
“Nənəm indi evdədir. Sadəcə dünən gecə qan təzyiqi qalxmışdı. Heç xəstəxanaya yerləşdirməyə ehtiyac qalmadı. Təzyiqi qalxan kimi tez üstünə düşdük. Ona görə də tez də normallaşdı. Hazırda vəziyyəti yaxşıdır, dincəlir. İnsult keçirməsi ilə bağlı yayılan xəbərlər də yalandır. Belə xəbərləri haradan çıxarırlar bilmirəm”.
Qeyd edək ki, bu gün mətbuatda Nuriyyə Əhmədovanın insult keçirərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.
Şəhanə RƏHİMLİ







Vaxtında, Aydın, Lazımlı!


