Metroda hərəkət niyə dayanıb?- Açıqlama

Metroda hərəkət niyə dayanıb?- Açıqlama
  23 Yanvar 2015    Oxunub:4801
Hazırda “20 Yanvar” stansiyasından “Həzi Aslanov” istiqamətində gedən qatarlarda gecikmə müşahidə olunur.
Bununla bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, “Həzi Aslanov” “İçərişəhər” xətti ilə hərəkət edən 11 saylı qatarda “Nəriman Nərimanov” stansiyasının girişində nasazlıq yaranıb. Onun sözlərinə görə, nasaz qatar köməkçi qatar vasitəsilə stansiyaya gətirilib:

“Sərnişinlər düşürdülüb və qatar depoya aparılıb. Yerinə ehtiyyat qatar buraxılıb. Təxminən 10 dəqiqə həmin qatarda gecikmə olub. Buna görə də digər qatarlarda da gecikmə olub. Yaxın vaxtlarda interval tam bərpa olunacaq”-deyə QSC-nin rəsmisi vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az




Teqlər:  



Xəbər lenti