Hava yağmurlu keçəcək
Havanın temperaturu gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 772 mm civə sütununa düşəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında yanvarın 24-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


