“Azadlıq Radiosu”nun əməkdaşı “qara siyahı”ya salındı - XİN

“Azadlıq Radiosu”nun əməkdaşı “qara siyahı”ya salındı - XİN
  23 Yanvar 2015    Oxunub:1987
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "Azadlıq Radiosu"nun əməkdaşı Marqot Buffu "arzuolunmaz şəxslər" siyahısına salıb.
AzVision.az xəbər verir ki, bunu Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, M.Buff Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etdiyinə görə onun adı siyahıya daxil edilib.

Qeyd edək ki, daha əvvəl “azadlıqradiosu.az” ünvanında fəaliyyət göstərən internet saytında 5 yanvar 2015-ci il tarixində verilmiş xəbərdə “Azadlıq Radiosunun”nun əməkdaşı kimi təqdim olunan Marqot Buff adlı şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi və orada fotoçəkilişlər aparması barədə xəbər verilirdi.

XİN daha əvvəl məsələ ilə bağlı yaydığı açıqlamada bildirmişdi ki, Azərbaycanın rəsmi icazəsi olmadan "Azadlıq Radiosu"nun öz əməkdaşını Azərbaycanın işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanuni xarakter daşıyır və bu hal Azərbaycanın "Dövlət sərhədi haqqında" qanununun pozulmasıdır:

"Azadlıq Radiosu"nun bu cür qərəzli davranışı eləcə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətsizliyin daha bir nümunəsidir".


Teqlər:  





Xəbər lenti