“Xəzər” TV üzr istədi – aparıcı cəzalandırıldı

“Xəzər” TV üzr istədi – aparıcı cəzalandırıldı
  23 Yanvar 2015    Oxunub:6621
“Xəzər” televiziyası Sevil və Sevinc bacılarının 1 manat əskinazı canlı efirdə cırmaları ilə bağlı hadisəyə görə xalqdan üzr istəyib.
Televiziyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aparıcı Səfərova Sevinc və rejisor Məmmədova Sevinc cəzalandırılıblar.

Açıqlamanı təqdim edirik:

Xəzər televiziyası 2007-ci ildə “Ailənizin Xəzəri ” devizi altında yayım fəaliyyətinə başlayıb. Fəaliyyətə başladığı qısa müddət ərzində böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Hər zaman milli –mənəvi dəyərlərin qorunması və təbliği, soy- kökə bağlılıq, dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə əsas məqsədimizdir.

Bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində arzuolunmaz hal baş verdi. Belə ki, aparıcı ifa etdiyi “Borc ver” mahnısının təsirində qalaraq ifasını səhnələşdirmək istəmiş və bu zaman qeri-ixtiyari olaraq milli valyutamız olan manatı cırıb.

Məsələ ilə bağlı Xəzər televiziyası rəhbərliyi dərhal toplantı keçirmiş və bu addım qətiyyətlə pislənilib, və aşağıda adları çəkilən əməkdaşlar cəzalandırılıb.

Aparıcı Səfərova Sevinc
Rejissor Məmmədova Sevinc
Baş verən hadisəyə görə üzr istəyirik.




Teqlər:  



Xəbər lenti