Bu dəfə corabdan telefon çıxdı

Bu dəfə corabdan telefon çıxdı
  23 Yanvar 2015    Oxunub:2239
3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan Allahverdi Qulu oğlu Sadıxovun yanına qısamüddətli görüşə gəlmiş anası - Xaçmaz rayon sakini Səyyarə Bayramxan qızı Sadıxovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı corabının içərisində gizlədilmiş, daxilində “Cin” danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, A.Sadıxov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilib.


Teqlər:  



Xəbər lenti