Kəmaləddin Heydərov maşın bağışladı

Kəmaləddin Heydərov maşın bağışladı
  23 Yanvar 2015    Oxunub:3621
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyinə texniki yardım göstərib.
FHN-dən AzVision.az-a verilən məlumata görə, 2012-ci il 30 mart tarixində imzalanan “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş” əsasında və Azərbaycanın Nazirlər Kabinetinin müvafiq tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyinə texniki yardım çərçivəsində “AÇ-40 (130)63B” markalı 5 yanğınsöndürən maşın verilib.

Əldə edilən razılığa uyğun olaraq, daha 5 yanğınsöndürən maşının göndərilməsi üçün hazırlıq işləri davam etdirilir.


Teqlər:  



Xəbər lenti