İlham Əliyev Davosda görüş keçirdi

İlham Əliyev Davosda görüş keçirdi
  24 Yanvar 2015    Oxunub:1889
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru Jan Lu Şasad ilə görüşüb.

Görüşdə “Gaz de France Suez” şirkəti ilə Azərbaycanın müvafiq qurumları arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.

Söhbət zamanı Bakıda və ölkəmizin digər regionlarında əhalinin Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun təmiz içməli su ilə təmin olunması, Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi, “Şahdəniz” yatağından çıxan qazın alınması və digər sahələrlə bağlı əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.


Teqlər:



Xəbər lenti