Bakıda torpaq fırıldağı

Bakıda torpaq fırıldağı
  26 Yanvar 2015    Oxunub:2304
Bakı şəhər sakini X.Tağıyev paytaxt sakini B.Məmmədbəylidən aldığı torpaq sahəsinə aid sənədlərin saxta olması ilə əlaqədar polisə müraciət edib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 24-də Bakı şəhər sakini Xəyal Tağıyev Suraxanı RPİ 31-ci PB-yə müraciət edərək 2014-cü il avqust ayının 19-da paytaxt sakini Bəxtiyar Məmmədbəylidən 3 sot torpaq sahəsi almasını, əvəzində ona "BMW" markalı avtomobilini və 1250 manat verməsini, bu şəxsin ona təqdim etdiyi torpağa aid sənədlərin isə saxta olmasını bildirib.

Araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti