TQDK SAT imtahanı keçirdi

TQDK SAT imtahanı keçirdi
  26 Yanvar 2015    Oxunub:2034
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 24-də ilk dəfə olaraq beynəlxalq SAT (Scholastic Aptitude Test – Akademik Qiymətləndirmə Testi) imtahanını keçirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, imtahan prosesi saat 8:36-da başlamış və 12:57-də başa çatmışdır. İmtahan təlimatlara uyğun olaraq keçirilmiş, iştirakçıların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Nəzərinizə çatdırırıq ki, nəticələrin yaxın 3 həftədən sonra elan olunması nəzərdə tutulur. Nəticələr elan olunduqdan sonra imtahanda iştirak etmiş namizədlər öz səhifələrinə daxil olaraq imtahan nəticələri ilə tanış ola biləcəklər.

Qeyd edək ki, TQDK tərəfindən növbəti SAT imtahanının 2015-ci il mayın 2-də keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və aprel ayının 7-si saat 09:00-dək davam edəcək. Qeydiyyatdan keçmək üçün link: https://azvision.az/redirect.php?url=http://sat.collegeboard.org/register/sat-international-dates


Teqlər:



Xəbər lenti