İlham Əliyev: `Bu xəbər məni olduqca kədərləndirdi`

İlham Əliyev: `Bu xəbər məni olduqca kədərləndirdi`
  31 Yanvar 2015    Oxunub:4242
Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan prezidenti Rosen Plevneliyevə başsağlığı verib.
AzVision.az xəbər verir ki, prezidentin başsağlığı məktubunda deyilir:

"Bolqarıstan Respublikasının keçmiş prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Jelyu Jelevin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, bütün Bolqarıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".


Teqlər:





Xəbər lenti