Sabah 18 dərəcə isti olacaq

Sabah 18 dərəcə isti olacaq
  02 Fevral 2015    Oxunub:1387
Bakıda və Abşeron yarımadasında fevralın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə, bəzi yerlərdə 17 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.


Teqlər:



Xəbər lenti